Bakı, TurkicWorld
Belçikanın fransızdilli bölgələrində və paytaxt Brüsseldə ibtidai və orta məktəblərdə şagirdlərə smartfonlardan istifadə qadağan ediləcək
TurkicWorld xəbər verir ki, Valloniya-Brüssel Təhsil Şəbəkəsinin (WBE) qəbul etdiyi qərara əsasən, fransız dilini tədris edən 373 məktəbdə ibtidai və orta məktəb şagirdlərinin özləri ilə məktəbə smartfon gətirmələri qadağan ediləcək.
Ölkənin flamanddilli tərəfində isə hökumətin hələ də qadağa ilə bağlı razılığa gəlməsi gözlənilir.
Qeyd edək ki, Belçikada hər bir məktəb öz qaydalarını tətbiq edir. Bəziləri hətta hər cür elektron cihazların məktəbə daxil olmasını qadağan edib.
WBE, tələbələrin smartfonla bir-birlərinin şəkillərini çəkərək sosial media platformalarında paylaşması və bunun zorbalıq halları ilə nəticələnməsi əsasında qərar aldıqlarını bildirib.