Son dəqiqə

ABŞ Ceyk Sullivan Ağ Ev

"Yaxın Şərqdə genişmiqyaslı müharibə riski mövcuddur" - Ağ Ev

Bakı, TurkicWorld

Yaxın Şərqdə genişmiqyaslı müharibə riski davam edir.

TurkicWorld xəbər verir ki, bu fikri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

"Biz bütün diqqətimizi Yaxın Şərqdə böyük müharibənin qarşısını almağa yönəltmişik. Risk həmişə olub və bu gün də qalmaqdadır. İndi daha intensiv səylər göstərməliyik. Diplomatiya yolu ilə eskalasiyanın və daha böyük müharibənin qarşısını almaq üçün çalışmağa davam edəcəyik", - deyə Sallivan qeyd edib.

Mövzuya görə xəbərlər