Son dəqiqə

Tehran HƏMAS İsmayıl Haniyə

Haniyənin dəfn mərasimi sabah Tehranda keçiriləcək

Bakı , TurkicWorld

Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin dəfn mərasimi Tehranda keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

Bildirilib ki, mərasim avqustun 1-də baş tutacaq.

Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda yerli vaxtla təxminən 02:00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb.

Hücum Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib.

Mövzuya görə xəbərlər