Son dəqiqə

Energetika Nazirliyi ABŞ Tehran Kris Rayt Energetika

ABŞ İrana nüvə yanacağı ilə təchizat təklif edib

BAKI,TurkicWorld

ABŞ administrasiyası Tehranın uranın zənginləşdirilməsi proqramını tam dayandırması şərti ilə İrana nüvə yanacağı təmin etməyə hazır olduğunu bildirib.

Bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "Bloomberg"ə müsahibəsində deyib.

"Biz (nüvə) yanacağını xaricdən tədarük edə bilərik. Onlar yenidən millətlər birliyinə qoşula və öz xalqına sülh və rifah gətirə bilərlər", – deyə Rayt bildirib.

Onun sözlərinə görə, ABŞ öz uran tədarük zəncirinin formalaşdırılmasını demək olar ki, başa çatdırıb. Rayt qeyd edib ki, Energetika Nazirliyi uran istehsalı və tərəfdaşlıq sahəsində uzunmüddətli sazişlərin hazırlanmasını yekunlaşdırır.

Mövzuya görə xəbərlər