Bakı, TurkicWorld
Çinin Henan əyalətində sənaye zonasında partlayış nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.
Məlumata görə, hadisə dünən yerli vaxtla axşam saatlarında baş verib. Partlayışa alüminium külçələrin hazırlanması üçün nəzərdə tutulmuş avadanlığın nasazlığı səbəb olub.
Polis obyektin fəaliyyətinə görə cavabdeh şəxsləri saxlayıb. Hadisə ilə bağlı istintaq başladılıb.