Son dəqiqə

İran Çin ABŞ Rusiya Türkmənistan dəmir yolu körpüsü Gülüstan vilayəti

Çin və Rusiya ticarət yolundakı körpü hücuma məruz qalıb - İran

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İranın şimalında yerləşən və Çin, Rusiya ilə ticarət əlaqələri üçün strateji əhəmiyyət daşıyan dəmir yolu körpüsünün ABŞ tərəfindən vurulduğu bildirilir.

TurkicWorld xəbər verir ki, İranın “Fars” xəbər agentliyinin məlumatına görə, ABŞ qüvvələri Gülüstan vilayətində yerləşən Oqtay Xan dəmir yolu körpüsünə hücum edib.

Məlumata əsasən, körpü cümə axşamı səhər saatlarında ABŞ-nin qanadlı raketi ilə hədəfə alınıb.

İran tərəfi bildirib ki, bu dəmir yolu xətti Çin və Türkmənistanla əlaqələri təmin edən strateji nəqliyyat dəhlizinin mühüm hissəsidir.

Körpünün İranın dəmir yolu şəbəkəsində əsas keçid məntəqələrindən biri olduğu və regional ticarət marşrutları baxımından mühüm rol oynadığı qeyd olunur.

Hadisə ABŞ və İran arasında artan hərbi gərginlik fonunda baş verib. Hücumla bağlı məlumatlar İran mənbələrinə əsaslanır, ABŞ tərəfindən isə rəsmi təsdiq verilməyib.

Mövzuya görə xəbərlər