Azərbaycan Çin Kənd Təsərrüfatı Nazirliyi Məcnun Məmmədov Can Cu Azərbaycan-Çin münasibətləri

Azərbaycanın kənd təsərrüfatı naziri Çinə işgüzar səfərə gedib

BAKI,TurkicWorld

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində Məcnun Məmmədovun Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu ilə görüşü nəzərdə tutulub.

Azərbaycan nümayəndə heyəti həmçinin Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasını və Pekin Kənd Təsərrüfatı və Meşəçilik Elmləri Akademiyasını ziyarət edəcək.

Səfər proqramına kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən yüksək texnologiya şirkətləri ilə tanışlıq da daxildir.

Mövzuya görə xəbərlər