BAKI,TurkicWorld,Yusif Şərifzadə
Çin ABŞ və İran arasında hərbi qarşıdurmanın dayandırılmasının və əldə olunan razılaşmalara hörmət edilməsinin vacibliyini bildirib.
TurkicWorld xəbər verir ki, Çinin BMT-dəki nümayəndə müavini Sun Ley Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxışı zamanı Vaşinqton və Tehrana hərbi əməliyyatları dayandırmaq çağırışı edib.
Çin diplomatı bildirib ki, tərəflər arasında əldə olunan memorandum çərçivəsində ərazi bütövlüyünə və suverenliyə hörmət öhdəliyi götürülüb və bu prinsiplərə əməl olunmalıdır.
Sun Ley İran əleyhinə sanksiyaların ləğv edilməsinin vacibliyini vurğulayıb və beynəlxalq məsələlərdə düzgün yanaşmanın qorunmasına çağırıb.
O qeyd edib ki, İran nüvə silahı hazırlamamaq öhdəliyinə əməl etməlidir, lakin ölkənin dinc məqsədlər üçün nüvə enerjisindən istifadə etmək hüququ saxlanılır.
Çinin BMT nümayəndəsi Pekinin ABŞ-İran məsələsinin həllində “obyektiv və ardıcıl mövqe” tutduğunu bildirib.
Sun Ley vurğulayıb ki, Çin böhranın sülh yolu ilə həllinə töhfə verməyə hazırdır.







