Son dəqiqə

İsrail Benyamin Netanyahu

Netanyahu ABŞ-a Yaxın Şərqdə NATO-ya bənzər təşkilat yaratmağı təklif edib

Bakı,TurkicWorld

ABŞ-da səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a Yaxın Şərqdə NATO-ya bənzər təşkilat yaratmağı təklif edib.

TurkicWorld xəbər verir ki, Konqresdə çıxışı zamanı o bildirib ki, ABŞ və İsrail Yaxın Şərqdə təhlükəsizlik alyansı yarada bilər.

"İsraillə sülh içində olan və gələcəkdə sülh içində olacaq bütün ölkələr bu alyansa dəvət olunacaqlar",- deyə İsrail Baş naziri qeyd edib.

Netanyahu yeni alyansı 2020-2021-ci ildə İsrailin bir sıra ölkələrlə imzaladığı "Avraam sazişi"nə uyğun olaraq "Avraam Alyansı" adlandırmağı təklif edib.

Mövzuya görə xəbərlər