Bakı, TurkicWorld
Kanadanın qərbində Casper milli parkı ərazisində güclü meşə yanğınları nəticəsində son dörd gün ərzində minlərlə sakin təxliyə olunub.
TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Albert əyalətində 160-dan çox meşə yanğını olub və 7500-ə yaxın insan təxliyə olunub.
Qeyd edək ki, Casper əhalisi 5 minə yaxındır, lakin burada hər il 12 minədək mövsümi işçi olur. Casper milli parkı UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.