Bakı, TurkicWorld
Türkiyədə baş verən meşə yanğınlarından sonra zərər görən ərazilərin pilotsuz uçuş aparatı ilə görüntüləri çəkilib.
TurkicWorld xəbər verir ki, təxminən bir həftə çəkən yanğınlar nəticəsində geniş meşə massivləri, əkin yerləri, mal qara təsərrüfatları, yaşayış yerləri zərər görüb.
Türkiyənin Aydın, Manisa və Uşakd şəhərlərində yanğın nəticəsində zərər görən ərazilərin pilotsuz uçuş aparatı ilə görüntüləri çəkilib. Yanğından sonra yaşıllıq ərazilər külə dönüb.
İzmir, Aydın, Manisa və Uşakda qrupların davamlı olaraq mübarizə apardığı yanğının ardından yaşıllıq külə çevrilib.
Avqustun 13-dən etibarən Egenin yaşıl dağları və düzənlikləri yanğınlar səbəbindən qara tüstü ilə örtülüb. Yanğınların baş verdiyi ilk andan Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi başda olmaqla bir çox qurum səfərbər olub.
Komandalar yanğınları söndürmək, insanları, canlı təbiəti və yaşıllıqları qorumaq üçün alovla mübarizə aparıblar. Yanğınlar səbəbindən yaşıllıq ərazilər külə çevrilib. İzmir, Aydın, Manisa və Uşakda meşələrlə yanaşı, zeytun və əncir bağları, evlər və əkinlər də zərər görüb.
Heyvanların da tələf olduğu yanğınlarda 142 tikili yanıb.
İzmirdə Karşıyaka Yamanlar yanğınında demək olar ki, bütün şəhəri tüstü bürüyüb. Yanğın zamanı 16 ev külə çevrilib. Sürətlə böyüyən alov digər meşə sahələrinə də keçib.
Bəzi vətəndaşlar zəhmətlə yetişdirdikləri ağacların yanmasını göz yaşları içində izləyiblər. Alova qərq olan bir məhəllədə tamamilə yanıb. Rayonda 1440 nəfər vətəndaş və iribuynuzlu mal-qara təxliyə edilib.
Özünəməxsus təbiətinə görə ‘Yaşıl yol’ kimi tanınan Bozdoğan-Kavaklıdere avtomobil yolu da alovlara qərq olub.