Bakı, TurkicWorld
Türkiyənin 24 şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən “Gürz-41” və “Gürz-42” əməliyyatlarında bir həftə ərzində 100 şübhəlinin saxlanılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib.
O, bildirib ki, “Gürz-41” və “Gürz-42” əməliyyatları çərçivəsində İŞİD terror təşkilatına mənsub 100 şübhəli saxlanılıb. İstanbul və Ankara daxil olmaqla 24 vilayətdə keçirilən əməliyyatlarda tutulan şəxslərin təşkilat daxilində fəaliyyət göstərdikləri, İŞİD-ə maliyyə yardımı etdikləri və sosial şəbəkələrdə terror təşkilatının təbliğatını apardıqları müəyyən edilib.
Əməliyyatlar zamanı təşkilati sənədlər və rəqəmsal materiallar da ələ keçirilib.