Son dəqiqə

Diasporla İş üzrə Dövlət Komitəsi Kanada

Kanadada “Azərbaycan-Kanada münasibətlərinin şərəfinə” skamya yerləşdirilib

Bakı, TurkicWorld

Kanadanın Recayna şəhərində yerləşən Kivanis parkında üzərində "Azərbaycan-Kanada münasibətlərinin şərəfinə" lövhəsinin olduğu skamya yerləşdirilib.

TurkicWorldxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Recayna Azərbaycan Mədəniyyəti Assosiasiyasının təşəbbüsü ilə yerləşdirilən skamyanın üzərində iki multikultural ölkə – Azərbaycan və Kanada arasında rəsmi olaraq diplomatik əlaqələrin 1992-ci il avqustun 10-da qurulduğu qeyd edilib.

İcma üzvləri bu təşəbbüsün iki ölkənin ortaq dəyərlərini birləşdirən hadisə olduğunu bildirib və Azərbaycanla Kanada arasında dostluq, tərəfdaşlıq əlaqələrinin daha uzun illər davam etməsini arzulayıblar.

Mövzuya görə xəbərlər