Bakı, TurkicWorld
Ukrayna əsilli keçmiş nasist əsgəri Yaroslav Hunka Beynəlxalq Cinayət Polisi Təşkilatının (İnterpol) axtarışda olanlar siyahısına əlavə edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu açıqlama verib.
“Ötən ilin dekabrında azı 500 sovet vətəndaşının qətlində əli olan keçmiş nasist əsgəri Hunkanın ekstradisiyası üçün Kanada administrasiyasına sorğu göndərilib.” – deyə açıqlamada qeyd edilib.
Bəyanatda bildirilib ki, Kanada hakimiyyəti “cəzanın qaçılmazlığı” prinsipini pozaraq Hunkanı ekstradisiya etməkdən imtina edib.
“Bəzi ölkələrin nasizmlə mübarizə aparmaq istəməməsinə baxmayaraq, baş prokurorluq Hunkanın İnterpolun məlumat bazasına daxil edilməsi ilə bağlı müsbət qərar əldə edə bilib.” – deyə prokurorluq qeyd edib.
Xatırladaq ki, ötən il sentyabrın 22-də Ukrayna Prezidenti Vlodimir Zelenskinin Kanada İcmalar Palatasındakı çıxışından sonra İcmalar Palatasının sədri Entoni Rota salonda olan 99 yaşlı ukraynalı Yaroslav Hunkanı “müharibə qəhrəmanı” kimi təqdim edib və ona xidmətlərinə görə təşəkkür edib.
Hunkanı Ukrayna prezidenti Zelenski, Kanadanın baş naziri Castin Trüdo və parlament üzvləri alqışlarla qarşılayıblar.
Hafiz Rufizoğlu