Son dəqiqə

Avropa Portuqaliya meşə yanğınları

Portuqaliya 6 ildə ölkədə yanğınların sayını necə azaltdı

Bakı,TurkicWorld

2019-cu ilə qədər Portuqaliyada hər il orta hesabla 20 min yanğın baş verirdisə, keçən il bu rəqəm 7 minə enib.

TurkicWorld xəbər verir ki, 100-dən çox insanın öldüyü, 500 min hektar əraziyə ziyan dəydiyi Portuqaliyada 2017-ci ildə meydana gələn yanğın bir daha təkrarlanmayıb.

O vaxtdan bəri İnteqrasiya edilmiş Kənd Yanğınlarının İdarə Edilməsi Sistemi (SGIFR) çərçivəsində İnteqrasiya edilmiş Kənd Yanğınlarının İdarə Edilməsi Agentliyi (AGIF) tərəfindən dəstəklənən riskli davranışların qarşısının alınması kampaniyası sayəsində ölkədə meşə yanğınlarının sayı iki dəfədən çox azalıb.

AGİF-in İdarə Heyətinin sədri Tiaqo Oliveyra bu haqda Avropa mətbuatına məlumat verib.

"Biz 2017-ci ildən sonra işə başladıq. Portuqaliya cəmiyyəti yanğınlar səbəbindən böyük travma alıb və 2018-ci ildə kampaniyanın ilk ilində diqqətimizi daha aydın bir mesaja yönəltdik: 'Portuqaliya sizi çağırır', çünki bütün Portuqaliyalıları yanğınların sayını azaltmağa çağırmaq lazım idi",- deyə o bildirib.

Yanğınların azalmasında əhalinin marifləndirilməsinin əhəmiyyətli rol oynadığını deyən Oliveyra,“Buna televiziya, qəzet, radioda həyata keçirilən bir kommunikasiya kampaniyası və kampaniyanın effektivliyini artırmaq üçün tədbirlər, kənd təsərrüfatı tullantılarını məhv etmək üçün oddan istifadə etməli olan insanlara alternativlər təklif etməklə, insanların zəng edib məlumat ala biləcəkləri və ya yandırıb-yandırmamaqla bağlı soruşa biləckləri nömrələrin təqdim edilməsi ilə nail olunub",- deyə əlavə edib. O, portuqalların oddan ehtiyatsız istifadə etmələri ilə bağlı davranışlarının dəyişdiyini vurğulayıb.

Earth System Science Data jurnalında dərc olunan "Meşə yanğınlarının vəziyyəti" hesabatına görə, Avropada 2023-cü ilin martından 2024-cü ilin fevralına qədər baş verən yanğınlar 8400 kvadrat kilometr ərazini məhv edib. Bununla belə, su təchizatının pozulması, infrastruktur və ya kənd təsərrüfatı torpaqlarına ziyan dəyməsi, turizm və yerli iqtisadiyyata təsir göstərəcək şəkildə məhdud miqyasda baş vermişdir.

Dünya Bankının məlumatına görə, meşə yanğınları 2023-cü ilə qədər Avropaya 77 milyard avro ziyan vurub.

Ötən ilin avqustunda Yunanıstanın şimal-şərqindəki Evrosda baş verən yanğın Avropa İttifaqında (Aİ) indiyə qədər qeydə alınan ən böyük yanğın olub. Tək yanğında 938 kvadrat kilometr əraziyə ziyan dəyib.

Mövzuya görə xəbərlər