Son dəqiqə

ABŞ F-35 qırıcısı

ABŞ-də bu ildə 110-a qədər modernləşdirilmiş "F-35" qırıcıları buraxılacaq

Bakı, TurkicWorld

ABŞ-nin "Lockheed Martin" şirkəti 2024-cü ildə 110 modernləşdirilmiş beşinci nəsil "F-35" qırıcı-bombardmançı təyyarələrini buraxmağı planlaşdırır.

TurkicWorld -in məlumatına görə, bu barədə şirkətin açıqlamasında bildirilib.

Məlumata əsasən, "Lockheed Martin" şirkəti "19 iyul 2024-cü ildə "Technology Refresh 3" (TR-3) konfiqurasiyasında ilk F-35 təyyarəsinin tədarükünə başlayıb". "İldə 156 təyyarə istehsal etməyi və 2024-cü ilin ikinci yarısında ilk növbədə "TR-3" konfiqurasiyasında 75 ilə 110 təyyarə tədarük etməyimizi gözləyirik", - deyə şirkət qeyd edib.

"TR-3" modifikasiyasına təyyarə proqram təminatının, eləcə də müxtəlif avadanlıqların yenilənməsi daxildir.

Mövzuya görə xəbərlər