Son dəqiqə

ABŞ Gürcüstan

ABŞ dövlət katibinin müavini Gürcüstana səfər edib

Bakı, TurkicWorld

ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Gürcüstana səfər edib.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Qeyd edilib ki, səfər zamanı ABŞ dövlət katibinin müavini demokratik idarəçilik, korrupsiyaya qarşı mübarizə, media və ifadə azadlığı məsələlərini müzakirə edəcək.

Həmçinin bildirilib ki, ABŞ dövlət katibinin müavini Gürcüstana səfəri zamanı hökumət, mülki sektor, media və parlament nümayəndələri ilə görüşərək ABŞ-nin "xarici təsir" qanunu ilə bağlı ciddi narahatlığını vurğulayacaq.

Mövzuya görə xəbərlər