Son dəqiqə

Gürcüstan zəlzələ

Gürcüstanda zəlzələ olub

Bakı, TurkicWorld

Gürcüstanın cənubunda 4,1 maqnitudalı zəlzələ baş verib.

TurkicWorld ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Dmanisi şəhərində qeydə alınıb. Zəlzələnin episentri paytaxt Tbilisidən 49 kilometr məsafədə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Mövzuya görə xəbərlər