Bakı, TurkicWorld
Gürcüstanda Avropa İttifaqına (Aİ) üzv üzvlük danışıqlarının dayandırılmasına qarşı nümayişlər 22-ci gündür ki, davam edir.
TurkicWorld xəbər verir ki, bu nümayişlər baş nazir İrakli Kobaxidzenin Aİ ilə üzvlük müzakirələrini 2028-ci ilə qədər təxirə salmaq qərarına reaksiya olaraq başlayıb.
Etirazlar paytaxt Tbilisinin mərkəzində, xüsusən də parlament binası qarşısında cəmləşib.
Nümayişçilər hökumət əleyhinə şüarlar səsləndirir, Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını dəstəkləyən bayraqlar, o cümlədən Gürcüstan, Aİ, Ukrayna və ABŞ bayraqları daşıyırlar. Onlar, həmçinin parlament seçkilərinin yenilənməsi tələbi ilə çıxış edirlər.
ABŞ və Böyük Britaniya nümayişlərin gedişində bəzi Gürcüstan rəsmilərinə qarşı sanksiyalar tətbiq etmək qərarı verib. Bu addım Gürcüstan hökumətinə beynəlxalq təzyiqi artırmaq məqsədi daşıyır.
Etirazlar hökumətin Avropa İttifaqına inteqrasiya prosesindən uzaqlaşmasına ictimai narazılığı əks etdirir. Nümayişçilər Gürcüstanın Avropaya yaxınlaşmasını dəstəkləyərək hökumətin qərarlarına qarşı davamlı təzyiq göstərirlər.