Son dəqiqə

PKK Avropa İttifaqı Europol

PKK terror təşkilatı Avropada narkotik və cinayətləri maliyyələşdirir - Europol

Bakı, TurkicWorld

PKK terror təşkilatı Avropada narkotik ticarəti və digər cinayətlərdə iştirak edir, onları maliyyələşdirir

TurkicWorld xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) polis qurumu Europol tərəfindən yayımlanan 2024-cü il Terrorla Mübarizə Vəziyyəti və Trendləri Hesabatında məlumat verilib. Hesabatda, terror təşkilatı PKK-nın Avropada narkotik və insan alveri kimi qanunsuz fəaliyyətlərdə iştirak etdiyi və topladığı vəsaitləri maliyyə məqsədilə istifadə etdiyi bildirilib.

Qeyd olunur ki, PKK Avropa İttifaqı ölkələrində aktivliyini qoruyur və vəsait toplama, işə götürmə, təhsil və təbliğat işlərini davam etdirir. Təşkilatın topladığı vəsaitlərin əksəriyyəti qanuni fəaliyyətlərdən, məsələn, ianələr, tədbirlərdən, üzvlük haqları və media məhsullarının satışından gəlir.

Terror təşkilatının hər il Avropada “kampaniya” adı altında milyonlarla avro topladığı, bu pulların isə təbliğat və terrorçuların cəlb olunması üçün istifadə edildiyi xüsusilə vurğulanıb.

Hesabatda PKK-nın Avropada xüsusilə kürd əsilli gəncləri hədəf alan təbliğatı geniş yaydığı, fəallar, jurnalistlər, televiziya kanalları, internet saytları, sosial media və çap mediasından istifadə edərək təşkilatın fikirlərini yaydığı qeyd edilib.

PKK-nın, həmçinin, münaqişə bölgələrinə yeni üzvlər göndərmək və ya Avropa İttifaqında terror hücrələrində istifadə etmək məqsədilə insan qaçırdığına dair sübutların olduğu bildirilib.

Hesabata əsasən, 2023-cü ildə Aİ hüquq-mühafizə orqanlarının separatçı terror cinayətlərinə görə həyata keçirdiyi 25 həbsdən 9-u PKK üzvlərinə qarşı olub.

Mövzuya görə xəbərlər