Son dəqiqə

ABŞ Ukrayna F-16

ABŞ gələn həftə Kiyevə F-16-ların çatdırılması ilə bağlı məlumatı açıqlaya bilər

Bakı, TurkicWorld

ABŞ gələn həftə Ukraynaya Amerika "F-16" qırıcılarının verilməsi ilə bağlı yeni məlumat açıqlaya bilər.

TurkicWorld-in məlumatına görə, bu barədə ABŞ administrasiyasının nümayəndəsi iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammiti ilə bağlı jurnalistlər üçün xüsusi onlayn brifinqdə bildirib.

"Bilirsiniz ki, Birləşmiş Ştatlar artıq bir ildən çoxdur ki, F-16 pilotlarını hazırlayır və biz yaxşı irəliləyiş əldə etmişik. Gələn həftə daha çox [məlumat] təqdim edə biləcəyimizi gözləyirəm", - deyə o bildirib.

Mövzuya görə xəbərlər