Son dəqiqə

ABŞ Ukrayna F-16

Ukraynalı pilotların ilk qrupu ABŞ-da F-16 təlimlərini tamamlayıb

Bakı. TurkicWorld:

Ukraynalı pilotların ilk qrupu ABŞ-da F-16 təlimlərini tamamlayıb.

TurkicWorld xəbər verir ki, pilotların sayı və təlimin nə vaxt başa çatdığı barədə məlumat verilməyib.

Məlumata əsasən, pilotlar artıq əlavə təlim keçmək üçün Avropaya yollanıblar. Ukraynanın Belçika, Danimarka, Hollandiya və Norveçdən 60-dan çox F-16 qırıcısı almağı gözlənilir.

Qeyd edək ki, ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander bildirmişdi ki, Qərb bu il Ukraynaya ilk F-16 qırıcı-bombardmançı təyyarələrini və onlara texniki xidmət göstərmək üçün avadanlıq göndərəcək. Kiyevə silah və hərbi texnikanın çatdırılmasını əlaqələndirmək üçün Qərb tərəfindən yaradılmış təmas qrupunun növbəti iclasından sonra keçirilən brifinqdə o, Ukrayna pilotlarına F-16-ları idarə etmək üçün təlim proqramının planlaşdırıldığı kimi getdiyini qeyd edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər