Son dəqiqə

ABŞ Texas

ABŞ-da ağır hava şəraitində ölənlərin sayı yeddiyə çatıb

Bakı. TurkicWorld:

ABŞ-ın Texas ştatının Hyuston şəhərində baş verən ağır hava şəraitində ölənlərin sayı yeddiyə yüksəlib.

TurkicWorld xəbər verir ki, fırtınalar şəhərdə ağacları və elektrik dirəklərini aşırıb, küçələr sınıq şüşələrlə örtülüb.

Məlumata əsasən, Hyuston Yanğınsöndürmə İdarəsi aşan ağacları küçələrdən çıxarmaq üçün hərəkətə keçib.

İqtisadiyyatı neft və neft-kimyaya əsaslanan və 2.3 milyon insanın yaşadığı Hyustonda məktəblər bağlanıb və bəzi işçilər evdə qalmağa çağırılıb.

Mövzuya görə xəbərlər