Son dəqiqə

HƏMAS

HƏMAS atəşkəs təklifini qəbul edib

Bakı. TurkicWorld:

HƏMAS atəşkəs təklifini qəbul edib.

TurkicWorld xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat verib.

“HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə, Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani və Misirin Kəşfiyyat naziri Abbas Kamel ilə telefon danışığı sırasında HƏMAS hərəkatının atəşkəs razılaşması ilə bağlı təkliflərini təsdiqlədiyi barədə məlumat verib." - telekanal bildirir.

Son təklif İsrailin HƏMAS-a güzəşt etməsidir ki, İsrail bunu qəbul etmir.

Tasnem Ismukhan

Mövzuya görə xəbərlər