Son dəqiqə

Fələstin İsrail Qəzza

Qəzzada ölənlərin sayı 34 min 683-ə çatıb

Bakı. TurkicWorld:

İsrail ordusunun hücumlarını davam etdirdiyi Qəzza zolağında can itkisi 34 min 683 nəfərə çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.

Açıqlamada bildirilir ki, İsrail ordusu son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 3 qətliam həyata keçirib, hücumlarda daha 29 fələstinli həyatını itirib, 110 fələstinli isə yaralanıb.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda yaralıların sayı 78 min 18-ə yüksəlib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

Tasnem Ismukhan

Mövzuya görə xəbərlər