Son dəqiqə

Gürcüstan

Gürcüstan prezidenti "xarici agentlər" haqqında qanuna veto qoyub

Bakı. TurkicWorld:

Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi "xarici agentlər" haqqında qanun layihəsinə veto qoyub.

TurkicWorld-un məlumatına görə, bu barədə S.Zurabişvili brifinq zamanı deyib.

Gürcüstan prezidentinin sözlərinə görə, sənəd ölkə konstitusiyasına və bütün Avropa standartlarına ziddir.

“Bu qanun ləğv edilməlidir”, - deyə S.Zurabişvili vurğulayıb.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib. Qanunun qəbul edilməsindən əvvəl də S.Zurabişvili ona veto qoyacağını bildirmişdi.

Mövzuya görə xəbərlər