Son dəqiqə

ABŞ Gürcüstan hərbi təlimlər

ABŞ Gürcüstanla hərbi əməkdaşlığı davam etdirəcək - Pentaqon rəsmisi

Bakı, TurkicWorld

ABŞ hərbi təlimlərin ləğv olunmasına baxmayaraq, Gürcüstanla hərbi əməkdaşlığı davam etdirəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder brifinqdə jurnalistlərə deyib.

O bildirib ki, Pentaqon başqa nəyinsə ləğv olunması barədə məlumatlı deyil.

"Bu ilin yayına planlaşdırılan birgə təlimlərin ləğv olunmasına baxmayaraq, Vaşinqton Tbilisi ilə hərbi əməkdaşlığı davam etdirəcək. ABŞ Gürcüstan ordusu ilə tərəfdaşlıq əlaqələrini dəstəkləməyə davam edəcək. Pentaqon, həmçinin, Gürcüstanın suverenliyini möhkəmləndirmək və ərazi bütövlüyünü dəstəkləmək üçün imkanlar tapacaq", - o deyib.

Mövzuya görə xəbərlər