Son dəqiqə

Türkiyə Ermənistan İran Rusiya Gürcüstan

Türkiyədə "3+3" formatı çərçivəsində XİN rəhbərlərinin görüşü keçiriləcək

Bakı, TurkicWorld

Türkiyədə xarici işlər nazirlərinin "3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) növbəti görüşü keçiriləcək.

TurkicWorld xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.

Qeyd edək ki, bu formatda görüş ötən ilin oktyabrında Tehranda keçirilib. Görüşdə iştirak və çıxış edən xarici işlər naziri Ceyhun Bayramov qeyd olunan formatın regional problemlərin region ölkələri tərəfindən həlli yollarını nəzərdən keçirmək məqsədilə yaradıldığını qeyd edib.

Platformanın mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlamaq, regionda təhlükəsizliyi və sabitliyi gücləndirmək, iqtisadi artım və tərəqqi naminə istifadə edilməmiş potensialı üzə çıxarmaq üçün əhəmiyyətli potensiala malik olduğunu bildirib.

Region ölkələrinin qarşılıqlı fəaliyyət və əməkdaşlığının təməl daşı kimi suverenliyə, ərazi bütövlüyünə və bir-birilərinin sərhədlərinin toxunulmazlığına hörmətin, daxili işlərə qarışmamağın vacibliyini vurğulayıb.

Mövzuya görə xəbərlər