Son dəqiqə

Fitch Ratings

"Fitch" Azərbaycanın xarici borcu ilə bağlı vəziyyətin yaxşılaşdığını bildirib

Bakı, TurkicWorld

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici borcu ilə bağlı vəziyyətin yaxşılaşdığını bildirib.

TurkicWorld bu barədə "Fitch Ratings"in məlumatlarına istinadən xəbər verir.

"Xarici borc son illərdə mütləq ifadədə azalıb, valyuta strukturu yaxşılaşıb. Xarici borcun təqribən üçdə ikisi rəsmi kreditorların payına düşür", - məlumatda deyilir.

"Fitch"in məlumatlarına görə, xarici borcu formalaşdıran dövlət zəmanətləri və təkrar kreditləşdirmə 2022-ci ildəki 6,4 milyard ABŞ dollarından 2023-cü ildə (ÜDM-in 8,2 faizii) 6 milyard ABŞ dollarına düşüb, üstəlik məbləğin böyük hissəsi qazanclı olan və adətən dövlət dəstəyi tələb etməyən "Cənub Qaz Dəhlizi" ilə əlaqəlidir.

Bütünlükdə reytinq agentliyi Azərbaycanın dövlət borcu (xarici və daxili) 2026-cı ildək ÜDM-in 22,7 faizinə qədər artacaq ki, bu da "Fitch"in investisiya səviyyəsinin suveren emitentləri arasında ən aşağı göstəricilərdən biridir.

Artıma hökumətin təminat verdiyi daxili dövlət borcu (ölkə daxilində qiymətli kağızlar üzrə emitentlər) da təsir göstərəcək.

Qeyd edək ki, 2023-cü ildə ümumi dövlət borcu ÜDM-in 21,8 faizini təşkil edib.

Mövzuya görə xəbərlər