BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Kolumbiya hökuməti artan büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə fövqəladə vergi tədbirlərinin tətbiqi haqqında fərman imzalayıb.
TurkicWorld-un “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, sənəddə əsasən varlı vətəndaşlar üçün əlavə vergilərin nəzərdə tutulduğu bildirilir.
Maliyyə naziri Xerman Avilanın sözlərinə görə, hökumət bu tədbirlər hesabına 16 trilyon peso, yəni təxminən 4,2 milyard dollar vəsait toplamağı planlaşdırır.
Xatırladaq ki, dekabrın 17-də “Fitch” beynəlxalq reytinq agentliyi Kolumbiyanın kredit reytinqini aşağı salıb. Agentlik buna səbəb kimi ölkədə xroniki olaraq yüksək səviyyədə qalan büdcə kəsirini göstərib.





