Son dəqiqə

BMT İsrail Suriya Kolumbiya Küveyt BMT Təhlükəsizlik Şurası Beynəlxalq hüquq Colan təpələri

Küveyt Kolumbiyanın işğal altındakı Colan təpələri ilə bağlı qərarını pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Küveyt Kolumbiyanın işğal altındakı Suriya Colan təpələri üzərində İsrailin iddialarını tanımasını pisləyib və bu addımın beynəlxalq hüquqa zidd olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyinin bəyanatında Kolumbiyanın qərarının beynəlxalq hüququn və müvafiq beynəlxalq qətnamələrin pozulması olduğu qeyd edilib.

Nazirlik xüsusilə BMT Təhlükəsizlik Şurasının 1981-ci ildə qəbul etdiyi 497 saylı qətnaməyə istinad edib. Həmin qətnamədə İsrailin işğal altındakı Suriya Colan təpələrində öz qanunlarını, yurisdiksiyasını və idarəçiliyini tətbiq etmək qərarının hüquqi qüvvəyə malik olmadığı bildirilir.

Küveyt Colan təpələrinin işğal olunmuş Suriya ərazisi olması ilə bağlı mövqeyini bir daha təsdiqləyib.

Bəyanatda işğalın möhkəmləndirilməsinə və ona legitimlik qazandırılmasına yönələn istənilən qərarın rədd edildiyi vurğulanıb.

Küveyt həmçinin BMT Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq ərazilərin güc yolu ilə əldə edilməsinin yolverilməz olduğunu qeyd edib.

Mövzuya görə xəbərlər