Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi Türk Silahlı Qüvvələri

Türk ordusu çoxlu sayda silah və sursat ələ keçirib

Bakı,TurkicWorld

Türkiyə Silahlı Qüvvələri (TSK) “Pençe-Kilit” əməliyyatı bölgəsində terrorçulara məxsus çoxlu sayda silah və sursatın ələ keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli MÜdafiə Nazirliyi X sosial media hesabında paylaşım edib.

“Pençe-Kilit Əməliyyatı ilə terrorçulara zərbə endirməyə davam edirik. Əməliyyat bölgəsində təsbit edilən altı mağara/tuneldə PKK terrorçularına aid çoxlu sayda silah və sursat ələ keçirilib”,- deyə nazirlikdən bildirilib.

Açıqlamada, ələ keçirilən əşyalar arasında üç ədəd əl qumbarası, iki ədəd RPQ-7 reaktiv yaylım atəşi, iki ədəd piyada əleyhinə mina, bir ədəd PUA ilə gücləndirilmiş mina, bir ədəd mina, iki ədəd əl istehsalı minaatan, 35 ədəd Doçka pulemyotu olub.

Mövzuya görə xəbərlər