Bakı. TurkicWorld:
Türkiyə Suriya ordusuna təlim verməyə hazırdır.
TurkicWorld Arab.AZ-a istinadən xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
“Yeni Suriya höküməti belə bir tələb ilə çıxış edərsə, biz Türkiyə olaraq üzərimizə düşən öhdəliyi yerinə yetirə bilərik.” – deyə açıqlamada bildirilir
Açıqlamada qeyd olunub ki, Türkiyə Suriyanın ərazi bütövlüyünü tamamilə dəstəkləyir və bölgədə sülhün və istiqrarın olması üçün çalışır.
Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatına hələ ki Suriya tərəfdən hər hansı bir açıqlama verilməyib.