Son dəqiqə

Avtomobil sənayesi məhsulları Özəl Türkiyə Ticarət nazirliyi

Yanvar-aprel aylarında Türkiyənin Gürcüstana avtomobil sənayesi məhsulları ixracı 51 milyon dollar olub (ÖZƏL)

Bakı. TurkicWorld

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Gürcüstana avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz azalaraq, 51 milyon dollara bərabər olub.

Bu barəd TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə Gürcüstana 11,7 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 27,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 11,9 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 2,1 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023- aprel 2024) Türkiyə 35,6 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər