Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi hazır geyim

Rusiyanın Türkiyədən hazır geyim idxalı azalıb (ÖZƏL)

Bakı,TurkicWorld

2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin Rusiyaya hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 40,9 faiz azalaraq, 184,9 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyun ayında Türkiyə Rusiyaya 17,3 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 67,2 faiz azdır.” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz azalaraq, 8,7 milyar dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 1,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 21,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023-iyun 2024) Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər