Bakı, TurkicWorld
2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyədən Çin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz azalaraq, 9 milyon 798 min 77 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin sentyabr ayında Türkiyə Çin 623 min 15 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 31,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq, 5 milyard 828 milyon 607 min dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 661 milyon 819 milyon dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023- sentyabr 2024) Türkiyə 7 milyard 866 milyon 77 min dollar məbləğində mebel ixrac edib.