Son dəqiqə

Fələstin İsrail ABŞ Entoni Blinken Qəzza

İsrail Səudiyyə ilə normallaşma istəyirsə, Qəzzada dərhal atəşkəs yaratmalıdır

Bakı, TurkicWorld:

İsrail Səudiyyə Ərəbistanı ilə normallaşmaya nail olmaq istəyirsə, Qəzzada dərhal atəşkəs yaratmalıdır.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Təl-Əvivdə siyasi liderlərlə görüşü zamanı bildirib.

Blinken onu da qeyd edib ki, Rəfah şəhərində hərbi əməliyyat normallaşmanın irəliləməsinə zərər verəcək.

Qeyd edək ki, Entoni Blinken oktyabrın 7-də başlayan İsrail-Qəzza müharibəsindən sonra bölgəyə yeddinci diplomatik səfərinə çərşənbə axşamı Səudiyyə Ərəbistanı ilə başlayıb, daha sonra İordaniya və İsrailə gəlib.

Mövzuya görə xəbərlər