Son dəqiqə

Ukrayna Danimarka

Danimarka Ukraynaya yeni hərbi yardım göndərəcək

Bakı. TurkicWorld:

Danimarka Ukraynaya 750 milyon avro dəyərində yeni hərbi yardım göndərəcək.

TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Mən Ukraynanın hava hücumundan müdafiəsini və artilleriyasını gücləndirmək üçün 750 milyon avro dəyərində yeni hərbi dəstək paketini elan etməkdən məmnunam. Danimarka Ukraynanın müdafiə sənayesinə investisiya yatırmaq imkanlarını da nəzərdən keçirir”, - nazir əlavə edib.

Qeyd edək ki, Danimarka hakimiyyəti bu il Ukraynaya hərbi yardımı 630,5 milyon dollar artırmaq niyyətində olduğunu bəyan etmişdi.

2023-cü ildən 2028-ci ilə qədər Danimarkanın Ukraynaya yardımı təxminən 9,3 milyard dollar təşkil edəcək.

Mövzuya görə xəbərlər