Bakı. TurkicWorld:
Moldova parlamenti respublikanın Avropa İttifaqına daxil olması ilə bağlı konstitusiya referendumunu oktyabrın 20-nə təyin edib.
TurkicWorld-un məlumatına görə, bu qərarı hakim Aksiya və Həmrəylik Partiyasından olan deputatlar iclasda qəbul ediblər.
"Konstitusiya üzrə respublika referendumunu 2024-cü il oktyabrın 20-nə təyin edilsin", - deyə qərarda bildirilib.
Ölkə vətəndaşlarına bir sual veriləcək: “Siz Moldova Respublikasının Avropa İttifaqına daxil olmasının tərəfdarısınızmı?”. Əsas qanunun preambulasına “Moldova Respublikası xalqının avropalı kimliyinin tanınması, Avropa İttifaqına inteqrasiyanın Moldova Respublikasının strateji məqsədi kimi elan edilməsi” sözləri ilə əlavə edilməsi təklif edilib. Həmçinin konstitusiyaya “Aİ qaydalarının daxili qanunların ziddiyyətli müddəaları qarşısında üstünlüyü” təqdim edən bənd əlavə olunacaq.