Bakı, TurkicWorld
Böyük Britaniyada "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısında enerji böhranını aradan qaldırmaq üçün qərarlar qəbul olunub.
TurkicWorld xəbər verir ki, bu barədə Moldova Respublikasının prezidenti Maya Sandu Oksfordda "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısının kuluarlarında Azərbaycanın İctimai Televiziyasının (ITV) sualını cavab olaraq deyib.
"Hesab edirəm ki, "Avropa Siyasi Birliyi" mühüm forumdur. Moldovanın üzləşdiyi problemlərdən bəhs edə bildim. Deyə bilərəm ki, ilk görüşdə enerji böhranı Moldova üçün çox vacib məsələlərdən biri idi və inanıram ki, müəyyən həll yollarını tapmağa nail olduq", - o deyib.
Sandunun fikrincə, Aİ-yə üzv olmayan ölkələr və kiçik öllkələr bu görüşlərdə səs hüququna malikdir.
"Mən onları çox vacib hesab edirəm", - deyə o əlavə edib.
Qeyd edək ki, Oksfordda yerləşən Blenheym sarayında "Avropa Siyasi Birliyi" IV Zirvə toplantısı keçirilir. Toplantıya 47-yə yaxın dövlət və hökumət başçısı Zirvə toplantısına dəvət olunublar.
Liderlər Ukraynaya gələcək dəstəyi, eləcə də, ümumi çağırışları müzakirə edirlər. Dəyirmi masa iclaslarında miqrasiya, enerji, qarşılıqlı əlaqələr, müdafiə və demokratiyanın qorunması kimi mövzular müzakirə olunur. Avropa Siyasi Birliyi ümumi maraq kəsb edən məsələlərin həlli və təhlükəsizlik, sabitlik və Avropa qitəsinin çiçəklənməsi üçün siyasi dialoq və əməkdaşlığı inkişaf etdirməyə çalışır.
2022-ci ilin oktyabrında keçirilən ilk görüşdə liderlər sülh və təhlükəsizlik, Rusiya-Ukrayna müharibəsi və enerji böhranını müzakirə ediblər. 2023-cü ilin iyununda keçirilən növbəti görüşdə Avropada sülh və təhlükəsizlik, enerji dayanıqlılığı, qarşılıqlı əlaqələr və mobilliyin təmin edilməsi üzrə birgə səylər müzakirə olunub. 2023-cü ilin oktyabrında Qranadada liderlər Avropanı geosiyasi çağırışlara qarşı daha dayanıqlı etməyin yollarını müzakirə etdilər.