Son dəqiqə

Azərbaycan İqtisadiyyat Nazirliyi Moldova Elnur Əliyev

Azərbaycan və Moldova iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Moldova ilə investisiya imkanlarının araşdırılması, perspektivli sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

TurkicWorld İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə görüşüb.

Tərəflər iqtisadi-ticarət, enerji və digər sahələrdə əməkdaşlığın dərinləşdiyini vurğulayıblar. Bildirilib ki, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər ölkələrimiz arasında əlaqələrin genişlənməsinə və tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.

Kənd təsərrüfatı, enerji, İKT və s. sahələrə investisiya perspektivlərinin olduğu qeyd edilib, sərmayə mühiti və biznes imkanları, həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verilib.

Görüşdə investisiya imkanlarının araşdırılması, perspektivli sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub, iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin önəmi vurğulanıb.

Mövzuya görə xəbərlər