Son dəqiqə

Rusiya Moldova

Moldova XİN Rusiya səfirliyinin əməkdaşını "arzuolunmaz şəxs" elan edib

Bakı, TurkicWorld

Moldova XİN Rusiya səfirliyinin əməkdaşını "arzuolunmaz şəxs" elan edib.

TurkicWorld xəbər verir ki, bu barədə Moldova XİN-ə çağrılan Rusiya səfiri Oleq Vasnetsov jurnalistlərə deyib.

"Hərbi attaşenin köməkçisi "persona non grata" elan edilib və müəyyən zaman müddətində ölkəni tərk etməlidir", - o deyib.

xxx

11:57

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov Xarici İşlər Nazirliyinə çağırılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Moldova KİV məlumat yayıb.

"Rusiyanın Moldovadakı səfiri "casusluq işi" üzrə XİN-ə çağırılıb", - məlumatda deyilir.

Rusiya səfirinin XİN-ə çağırılmasının digər təfərrüatı açıqlanmayıb.

Xatırladaq ki, Moldovada xüsusi təyinatlılar, İnformasiya və Təhlükəsizlik Xidməti (İTX) və prokurorluq parlamentin hüquq departamentinin rəhbəri İon Kryanqenin kabinetində axtarışlar aparıb.

Mövzuya görə xəbərlər