Bakı. TurkicWorld:
Azərbaycanın təcrübəsi bizim üçün çox vacibdir. Moldova da nə vaxtsa ölkənin bütün ərazisində seçkilər keçirmək arzusundadır.
TurkicWorld xəbər verir ki, bu sözləri Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşdə səsləndirib.
Qonaq Azərbaycanda seçkiləri müşahidə etməkdən məmnun olduqlarını bildirib.
A.Karaman seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçiriləcəyindən əminliyini ifadə edib.