Bakı, TurkicWorld
Azərbaycan seçicilərini bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırırıq.
TurkicWorld-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, Azərbaycanda ictimaiyyət seçkilərə böyük maraq göstərib.
"Bələdiyyə seçkilərində də vətəndaşları aktiv iştirak etməyə çağırırq. Xüsusilə qadınları və gəncləri seçkilərdə namizəd kimi fəal iştirak etməyə çağırırq", - o əlavə edib.
Qeyd edək ki, növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.