BAKI,TurkicWorld, Orxan Qədirzadə
2026-ci ilin yanvar-mart ayında Türkiyədə ABŞ kapitalı ilə 15 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 şirkət azdır.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan ABŞ şirkətlərinin məcmu kapitalı 9 milyard 58 milyon 243 min 500 türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 7 milyon 450 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar-mart ayında ABŞ şirkətlərinin əksəriyyəti İstanbulda (12) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən ABŞ şirkətlərinin ümumi kapitalı 9 milyard 49 milyon 993 min 500 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2026-cı ilin yanvar-mart ayında Türkiyədə ABŞ kapitalı ilə 3 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.






