Kanada Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib

Kanada Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib

Bakı. TurkicWorld:

Kanada öz vətəndaşlarına yüksək hücum riski səbəbindən İsrail və İordan çayının qərb sahilinə səyahət etməmələri barədə xəbərdarlıq edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu ölkələrdə yaşayan vətəndaşlardan Səfirliklərlə əlaqə saxlamaları istənilib və bölgədəki vətəndaşlara təhlükəsizlik tədbirləri görmələri və ölkə daxilində hərəkətlərini məhdudlaşdırmaları tövsiyə edilib.

Xatırladaq ki, Tehran Dəməşqdəki konsulluğuna hücuma görə İsraildən qisas alacağını açıqlayıb.

X: Lamanasadli01