Son dəqiqə

İran

İraq "Yaşıl İqtisadiyyat"-ı dəstəkləmək üçün karbon izi hesablamasına başlayır

Bakı, TurkicWorld

İraq, "yaşıl iqtisadiyyatı" dəstəkləmək məqsədilə karbon izini hesablamayı planlaşdırır.

TurkicWorld xəbər verir ki, bu barədə "Bağdadiyyun" qəzetinə istinadla məlumat yayılıb. Ölkə, qlobal karbon bazarlarına çıxışı təmin etmək üçün bir sıra mühüm addımlar atıb və bu məqsədlə Karbon İqtisadiyyatı Şirkəti təsis edib. Bununla yanaşı, İraq, bu sahədə təcrübədən faydalanmaq üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin təcrübələrini öyrənməyə başlayıb.

Karbon izi, insanların gündəlik həyat tərzindən qaynaqlanan və atmosferə buraxılan karbon qazının miqdarını göstərir. Bu, "yaşıl iqtisadiyyat" təşəbbüsləri üçün vacib bir göstəricidir.

Mövzuya görə xəbərlər