Son dəqiqə

İran

İranın cənubunda 4,6 maqnitudalı zəlzələ baş verib

Bakı, TurkicWorld

İranın cənubunda 4,6 maqnitudalı zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri ölkənin Bəndər Abbas şəhərindən 58 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağının 10 km dərinlikdə olduğu bildirilib.

Hazırda tələfat və ya dağıntı barədə məlumat yoxdur.

Mövzuya görə xəbərlər