Almaniyada dövlət işçiləri İsrailə silah satışını dayandırmağa çağırıb

Almaniyada dövlət işçiləri İsrailə silah satışını  dayandırmağa çağırıb

Bakı. TurkicWorld:

Almaniyada bir sıra dövlət işçiləri Baş nazir Olaf Şolza göndərdikləri məktubda İsrailə silah tədarükünün dərhal dayandırılmasını tələb ediblər.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, məktubda Almaniya hökumətindən İsrailə silah tədarükünü dərhal dayandırması və Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) dəstəyi davam etdirməsi istənilib.

"İsrailə sanksiya tətbiq edilməli və Almaniya dərhal öz sahəsi çərçivəsində müvafiq tədbirlər görməlidir. Bura İsraillə siyasi və iqtisadi əlaqələrin dondurulması daxildir", - deyə məktubda qeyd edilib.

Xatırladaq ki, Almaniya 2023-cü ildə İsrailə 326,5 milyon avro dəyərində silah ixracını təsdiqləyib.Almaniya ABŞ-dan sonra İsrailin ikinci ən böyük silah tədarükçüsüdür.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib. verməsini tələb etdiyini vurğulayıb.

X: Lamanasadli01