Qətər Qəzzaya yardımın daxil olmasının dərhal asanlaşdırılması barədə qərarı alqışlayır

Qətər Qəzzaya yardımın daxil olmasının dərhal asanlaşdırılması barədə qərarı alqışlayır

Bakı. TurkicWorld:

Qətər Beynəlxalq Ədalət Məhkəməsinin İsraili Qəzzadakı Fələstin əhalisinə əsas ərzaq ehtiyatlarının gecikmədən çatdırmaq üçün bütün lazımi və təsirli tədbirləri görməyə çağıran yeni hökmünü alqışlayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Qəzza zolağındakı dəhşətli humanitar reallıq və mülki əhalinin həyatı üçün təhlükə, beynəlxalq ictimaiyyətin daimi atəşkəsə nail olmaq üçün möhkəm dayanmasını tələb edir”, - deyə açıqlamada qeyd edilib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 32 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01